Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri apreldə 1,5% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri apreldə 1,5% artıb
# 13 may 2013 15:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,1% aşağı düşüb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,8% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 0,1%, kələmin 1,3%, xiyarın 0,1%, pomidorun istehsalçı qiymətləri 0,6% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,1%, arpanın 0,3%, göyərtilərin 7,4%, baş sarımsağın 0,2%, baş soğanın 0,1%, qırmızı turpun 2,2%, quru otun 4,3%, yoncanın istehsalçı qiymətləri isə 1,4% ucuzlaşıb.

 

Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 4%, qozun istehsalçı qiymətləri 0,3% ucuzlaşıb, almanın istehsalçı qiymətləri 4,3%, limonun isə 8,9% bahalaşıb.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,5%, inəyin 1%, camışın 0,3%, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,2% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,8%, quş ətinin (diri çəkidə) 1,6%, südün 7,9%, yumurtanın istehsalçı qiymətləri isə 6,4% ucuzlaşıb.

 

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,1% bahalaşma müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR