Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda sabit qalıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda sabit qalıb
# 06 iyun 2013 13:36 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. May ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni (1,5%) səviyyədə qalıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,2%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 1% ucuzlaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 5,1% bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.


Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4%, arpanın 0,4%, kartofun 0,2%, kələmin 2,2%, baş soğanın 2,3%, qırmızı turpun istehsalçı qiymətləri 0,1% bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,2%, xiyarın 13,8%, göyərtilərin 3,9%, quru otun 8,2%, yoncanın 7,6%, baş sarımsağın istehsalçı qiymətləri isə 1% ucuzlaşıb.

 

Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5% ucuzlaşıb, qozun istehsalçı qiymətləri 0,2%, limonun istehsalçı qiymətləri isə 11% bahalaşıb.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,6%, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,6% bahalaşıb: «Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2%, inəyin 1,9%, camışın 0,4%, hind toyuğunun 0,8%, südün 0,3%, yumurtanın 14%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,3% ucuzlaşıb.

 

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,8% ucuzlaşma müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR