Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sektor müdiri Rövşən Əliyev məlumat verib.
R.Əliyevin sözlərinə görə, hazırda pambıq sahələrində sonuncu kompleks becərilmə işləri aparılır. Bu il havaların yağıntılı keçməsi təxminən 23 min hektar ərazidə təkrar əkinin aparılmasına səbəb olub: «Pambıq əkini keçən illə müqayisədə bu il təxminən 5 min hektar az sahədə aparılıb. Buna səbəb isə hava şəraiti və dünya bazarında pambığın qiymətinin azalması olub. Lakin havalar imkan verərsə, məhsulun istehsalının həcmi ötən ilki kimi ola bilər».
Nazirlik rəsmisi bildirib ki, 2012-ci ildə əkin sahələri əvvəlki ilə nisbətən 11 min hektar və ya 27% azalıb: «Lakin bu, istehsalata təsir etməyib. Keçən il ölkədə 56,9 min ton pambıq istehsal olunub».
Qeyd edək ki, pambıq yığımı avqustun sonunda-sentyabrın əvvəlində başlayır və noyabr ayına qədər davam edir.