İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 1 875 hektar sahədən 10 min tondan çox yüksək keyfiyyətli ərzaq buğdası əldə olunub. Bu isə rekord həddə - hər hektardan 55 sentner taxıl deməkdir. Yığılmış məhsulun əsas hissəsi Dövlət Taxıl Fonduna təhvil veriləcək, bir hissəsi isə təsərrüfatın istifadəsində saxlanılacaq.
Qeyd edək ki, hazırda ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən daha 40-50 bu cür iri özəl taxıl təsərrüfatının yaradılması işləri aparılır.