Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir

Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
# 25 fevral 2013 11:09 (UTC +04:00)

 

Bakı – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov martın 3-dək Parisdə keçiriləcək 50-ci beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransaya səfərə gedib.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İ.Abasov Fransanın Aşağı Normandiya əyalətinə səfər edəcək, məşhur Kamambert pendirlərinin istehsalı müəssisəsi ilə tanış olacaq. Eləcə də, səfər zamanı  nazir Heyvanların Sağlamlığı üzrə Beynəlxalq Təşkilatın (OIE) baş katibi Bernard Vallat, Avropa Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi Rinqolds Arnitis, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) baş direktoru Federiko Castelluçilə görüşəcək.

 

Bundan başqa, İ.Abasov Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbirdə və Heydər Əliyev Fondunun Fransa regionlarındakı «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» adlı layihə çərçivəsində Şabli şəhərində təşkil ediləcək sərginin inauqurasiyasında və digər tədbirlərdə iştirak edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR