Bank Of Baku

Azərbaycanın Qazaxıstandan aldığı taxıl ucuzlaşıb

Azərbaycanın Qazaxıstandan aldığı taxıl ucuzlaşıb
# 07 mart 2013 12:33 (UTC +04:00)

 

Gəncə. Azər Məmmədli – APA. Qazaxıstandan Azərbaycana idxal olunan taxılın qiyməti ucuzlaşıb. Bu barədə APA-nın Qərb bürosuna «Neon Un» fabrikinin direktoru Arif Həsənov məlumat verib.

 

Onun sözlərinə görə, əgər 10-15 gün əvvəl Azərbaycan sahibkarları Qazaxıstandan taxılın 1 tonunu 365 ABŞ dollarına alırdısa, hazırda qiymət 20 dollar ucuzlaşaraq 345 dollara düşüb. Müəssisə rəhbəri bu ucuzlaşmanı Qazaxıstandan taxıl alanların sayının azalması ilə əlaqələndirib.

 

A.Həsənov qiymət ucuzlaşmasının Azərbaycanda istehsal olunan çörəyin qiymətinə təsir etməyəcəyini qeyd edib: «Lakin taxılın qiyməti müəyyən həddə düşərsə, unun və bişirilən çörəyin qiymətində ucuzlaşma olacaq».

 

Qeyd edək ki, 2012-ci ilin yay aylarında Qazaxıstandan taxılın 1 tonu 220 dollara alınırdı, bu ilin əvvəlində isə qiymət 360-370 dollara kimi yüksəlib. Sahibkarlar taxılın qiymətinin 400 dollar/ton həddini keçəcəyi təqdirdə un və çörəyin qiymətində artım olacağını bildirirlər. Hazırda unun 50 kq-lıq kisəsi 21-22 manata satılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR