Bank Of Baku

Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib - FOTO

Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib - <span style="color: red;">FOTO
# 16 yanvar 2013 07:58 (UTC +04:00)

Bakı – APA. «Azersun Holding»in təşəbbüsü ilə «Bizim süfrə» mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib. APA-nın məlumatına görə, tədbirdə bir qrup KİV nümayəndələri də iştirak ediblər.

 

«Azersun Holding»in tərkibində fəaliyyət göstərən Bakı Yağ Fabrikinin istehsalı olan «Bizim süfrə» mayonezindən hazırlanmış salatın dequstasiyası ilə başlayan tanışlıqdan sonra KİV təmsilçiləri, qida ekspertlərindən ibarət geniş heyət Holdinqin  laboratoriyalarında oldular. Sonra isə KİV təmsilçiləri fabrikdə istehsal prosesi və yeni məhsullarla tanış olublar. Görüş zamanı media təmsilçilərinə yeni məhsul çeşidləri, fabrikin fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, «Bizim süfrə» markalı mayonezin qarğıdalı yağı ilə istehsal olunur və yağlılığı 55%-dir.

 

Görüşdə bildirilib ki, bu mayonezlər insan əli dəymədən istehsal olunan və qablaşdırılan məhsullardır. «Mayonez alanda harada və kimlər tərəfindən istehsal olunması böyük əhəmiyyət daşıyır. «Bizim süfrə» mayonezi Azərbaycan bazarına uzun yol qət etmədən həmişə təzə olaraq verilir. Heç bir mayonez mıhsulunun «Bizim süfrə» mayonezi qədər qısa vaxt ərzində təzə olaraq süfrəyə verilməsi mümkün deyil», - deyə Holdinq təmsilçiləri bildirib..

 

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyası xaricdə keçiriləcək növbəti beynəlxalq müsabiqədə «Bizim süfrə» mayonezlərindən istifadə edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR