Bank Of Baku

Bakıda FAO ilə Azərbaycan arasında yeni əməkdaşlıq proqramının hazırlanması ilə bağlı tədbir keçirilib - VİDEO - FOTO

Bakıda FAO ilə Azərbaycan arasında yeni əməkdaşlıq proqramının hazırlanması ilə bağlı tədbir keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 12 sentyabr 2013 07:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan hökuməti arasında imzalanmış Milli Ortamüddətli Prioritetlər Çərçivəsinin (2010-2012-ci illər) icrasının qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni ölkə proqramı çərçivəsinin hazırlanması məqsədilə seminar keçirilib. Tədbir FAO və  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub.

 

«APA-Economics»in xəbər verdiyi kimi, tədbirdə aidiyyəti qurumlar, eləcə də universitet, tədqiqatçılar, özəl sektor və QHT nümayəndələri iştirak ediblər.


Toplantıda iştirak edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov və FAO-nun Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sineser tərəflər arasında əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də hazırlanacaq yeni sənədin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.


Nazir müavini A.Aslanov ötən 3 il ərzində Milli Ortamüddətli Prioritetlər Çərçivəsində
FAO ilə sıx əlaqələrin qurulması, davamlı kənd təsərrüfatının istehsalı və gəlirin
yaradılması, təbii ehtiyatların qorunması və idarə edilməsi ilə bağlı FAO tərəfindən
müxtəlif layihə və proqramların həyata keçirildiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR