Bank Of Baku

Bakıda kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir - FOTO

Bakıda kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir - <span style="color: red;">FOTO
# 22 dekabr 2012 16:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA. Bu gün Bakının Xətai rayonunda, «Bakı» kinoteatrı yaxınlığında təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib.

 

APA-nın məlumatına görə, yarmarkada nəzarət tərəzisi qoyulub, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib. Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. satılır. Məhsullar bazarlardakından 20-25% ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən yoxlanılır və sonra satışına icazə verilir.

 

Kənd təsərrüfatı naziri İsmət Abasov və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR