Bank Of Baku

Bakıda Yen il bayramı ilə əlaqədar satış yarmarkaları açılıb

Bakıda Yen il bayramı ilə əlaqədar satış yarmarkaları açılıb
# 28 dekabr 2012 08:36 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Yeni il bayramı ilə əlaqədar Bakıda təşkil olunan ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları fəaliyyətə başlayıb.

 

«APA-Economics»in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

 

Yarmarkalar dekabrın 28-dən 31-dək Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti, Xətai rayonu «Bakı» kinoteatrının yanı, Nərimanov rayonu Əliyar Əliyev küçəsi,26, «Bakı Taxıl» ASC-nin ərazisi, Nəsimi rayonunda «Təzə bazar»ın ərazisi, 3-cü mikrorayon, «Tovuz-Baltiya Ltd.»nin ərazisi, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2, Yeni Günəşli qəsəbəsində, «Günəş» ticarət mərkəzinin yanı, Yasamal rayonunda Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR