Bank Of Baku

Bakıda Yeni il ərəfəsində keçirilən ərzaq yarmarkalarında qiymətlər bazarla müqayisədə 15-30% aşağı olub

Bakıda Yeni il ərəfəsində keçirilən ərzaq yarmarkalarında qiymətlər bazarla müqayisədə 15-30% aşağı olub
# 08 yanvar 2013 13:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yeni il bayramı ərəfəsində Bakı şəhərinin müxtəlif yerlərində təşkil olunmuş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında qiymətlər bazarla müqayisədə 15-30% aşağı olub. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

 

«Yarmarkalarda satışa müxtəlif çeşidli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb, qiymətləri isə bazarlarla müqayisədə 15-30% aşağı olub. Yarmarkalarda qiymətlərin aşağı olması digər satış məntəqələrində də qiymətlərə təsir edib, satış məntəqələrində süni qiymət artımı qeydə alınmayıb», - deyə Nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə dekabrın 28-31-də Bakı şəhərinin 9 yerində ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR