Bank Of Baku

Bu il Azərbaycana 4 min baş iribuynuzlu damazlıq heyvan gətiriləcək

Bu il Azərbaycana 4 min baş iribuynuzlu damazlıq heyvan gətiriləcək
# 07 may 2013 08:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin payız aylarında Azərbaycana 4 min baş iribuynuzlu damazlıq heyvan gətiriləcək.

 

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.


Onun sözlərinə görə, artıq bir neçə ildir ölkəyə iribuynuzlu damazlıq heyvanlar idxal olunur və bu ilin payız aylarında Azərbaycana 3,5-4 min yüksək məhsuldar damazlıq heyvanlar gətiriləcək: "Hazırda Azərbaycanda iribuynuzlu heyvanların baş sayı 2,7 mln-dan bir qədər çoxdur və biz heyvanların cins tərkibini yüksək məhsuldar heyvanlarla əvəz etmək istəyiriksə, gətirilmiş heyvanlarla bunu etmək mümkün olmayacaq. Bunu ancaq süni mayalanma yolu ilə artırmaq mümkündür".


Nazir əlavə edib ki, Azərbaycanda süni mayalanma proqramı həyata keçirilir: “Biz bu proqramın genişləndirilməsi üçün müvafiq orqanlara müraciət etmişik və bunun üçün əlavə vəsait lazım olacaq. Süni mayalanmadan alınan bala heyvanlar üçün subsidiyalar ayrılmasını təklif etmişik. Bu da damazlıq işinin inkişafına səbəb olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR