Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 35 hektar sahədə 1,395 mln. ədəd toxmacar əkilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, hesabat dövründə tədarük edilmiş ağac və kol cinsləri toxumlarının 81,1%-i enliyarpaqlı, 18,9%-i iynəyarpaqlı ağac toxumları olub. Məlumata görə, enliyarpaqlı ağac toxumlarının 3,3%-ni palıd, 23,4%-ni qozmeyvəli ağaclar, 73,3%-ni isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumları təşkil edib.