APA-nın məlumatına görə, bunu Komitənin Baş İdarə rəisi Mirqasım Vahabov bildirib.
İdarə başçısı qeyd edib ki, həmin təkliflər artıq DGK tərəfindən araşdırılıb və məqsədəuyğun sayılmadığına görə qəbul edilməyib.
Baş İdarə rəisi deyib ki, Azərbaycanda quşçuluq təsərrüfatı ilə məşğul olan təşkilatlar tərəfindən idxal quş yemlərinin ƏDV və rüsumdan azad olunması ilə bağlı təklif irəli sürülüb: «Lakin biz bunu məqbul saymadıq. Çünki ölkədə quş yemi üçün kifayət qədər xammal məhsulu var. Bunu bizim apardığımız araşdırmalar da sübut edib və biz yerli istehsalın inkişafının tərəfdarıyıq».