Bank Of Baku

Ekspert: Azərbaycanın yumurta idxalına ehtiyacı yoxdur

Ekspert: Azərbaycanın yumurta idxalına ehtiyacı yoxdur
# 25 iyul 2013 10:40 (UTC +04:00)

Bununla yanaşı, ölkədə adambaşına illik 235 yumurta istehlak olunur. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Azərbaycanın xaricdən yumurta idxal etməsinə heç bir ehtiyac yoxdur və ölkə yerli istehsal hesabına daxili tələbatı tam həcmdə ödəmək iqtidarındadır.

 

«Lakin buna baxmayaraq, hazırda respublikanın anbarlarında, fermer təsərrüfatlarında ümumilikdə 16 mln. ədəd yumurta yığılıb qalıb. Sahibkarların onun satışında müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycana xaricdən yumurta gətirilir. Hesab edirik ki, həm quş əti, həm də yumurtanın idxalının məhdudlaşdırılması istiqamətində tədbirlər görülməlidir», - deyə Ç.Fərəcov bildirib.

 

Qeyd edək ki, Azərbaycana damazlıq yumurta əsasən Türkiyə, İran, Çexiya və Bolqarıstandan gətirilir. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 160 268 832 ədəd damazlıq yumurta gətirilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR