Bank Of Baku

Gəncədə MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlar Şurasının toplantısı keçirilir - YENİLƏNİB - FOTO

Gəncədə MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlar Şurasının toplantısı keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 18 aprel 2013 12:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə MDB ölkələrinin ali aqrar universitetlərinin rektorlar şurasının toplantısı keçirilir.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, aprelin 17-dən fəaliyyətə başlayan iclasın bu gün rəsmi açılışı olub. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Aqrar Universitetin nümayəndələri iştirak edib.

 

E.Vəliyev çıxışında bildirib ki, iclasın Gəncədə keçirilməsi çox önəmlidir. O, Gəncənin aqrar şəhər olduğunu, burada Dövlət Aqrar Universitetinin, İpəkçilik, Heyvandarlıq, Pambıqçılıq və Bitki Mühafizəsi kimi elmi-tədqiqat institutlarının fəaliyyət göstərdiyini qeyd edib.

 

Kənd təsərrüfatı naziri İsmət Abbasov qeyd edib ki, Azərbaycan aqrar ölkə kimi tanınır və son illər bu sahə ölkədə sürətlə inkişaf etməkdədir. Nazir belə tədbirlərin ölkəmizdə keçirilməsini önəmli hesab edərək, toplantının aqrar elm sahəsində əməkdaşlıq üçün vacibliyini qeyd edib.

 

Qeyd edək ki, MDB ölkələrinin aparıcı ali aqrar universitet rektorları şurası 2003-cü ildə yaradılıb. Hər il baş tutan şuranın builki iclası Azərbaycanın Gəncə şəhərində keçirilir. Tədbirdə Rusiya, Moldova, Tacikistan, Qazaxıstan, Belarus və Ukraynadan rektorlar, prorektorlar iştirak edir.

 

İclasda qeyd edilib ki, tədbirin məqsədi ali aqrar təhsili dünya səviyyəsinə çatdırmaq və bazar rəqabətli kadrlar hazırlamaqdır. Rektorlar şurasının toplantısı aprelin 20-nə kimi davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR