Bank Of Baku

Gürcüstan şərab məhsullarını Rusiyaya Azərbaycan vasitəsilə ixrac edə bilər

Gürcüstan şərab məhsullarını Rusiyaya Azərbaycan vasitəsilə ixrac edə bilər
# 07 mart 2013 12:25 (UTC +04:00)

 

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda istehsal olunan şərab məhsullarının Rusiya bazarlarına çıxarılması ilə bağlı daşınma məsələləri iki ölkə arasında müzakirə olunur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstün Şərab üzrə Milli Agentliyin rəhbəri Levan Davitaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

 

APA-nın məlumatına görə, Rusiyanın «Rospotrebnadzor» tərəfindən məhsullarını satmaq istəyən 93 Gürcüstan müəssisəsindən 36 şərab və 4 mineral su istehsalçısına Rusiya bazarına məhsulların çıxarılmasına icazə verilib. Lakin hələlik məhsulun hansı marşrutla Rusiyaya daşınması məsələsi açıq qalıb və bununla bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

 

L.Davitaşvili Lars yolunun ən təhlükəsiz nəqletmə marşrutu olduğunu bildirib. Lakin o, məhsulun dəmiryol xətti ilə Rusiyaya daşınmasının mümkünlüyünü vurğulayıb: «Biz istəyirik ki, şirkətlər dəmiryol nəqliyyatı ilə məhsulu daşısınlar. Bu, Azərbaycan ərazisi ilə də ola bilər. Lakin üçüncü variant da var. Bu, dəniz yoludur. Məhsulu Novorossiysk şəhərinə çatdırmaqla Rusiyaya məhsullarımızı göndərə bilərik, lakin bu istiqamətdə liman hələ işləmir. Şirkətlər arzu edərsə, hər şey yaratmaq mümkündür».

 

Xatırladaq ki, «Rospotrebnadzor»un ekspertləri fevralın 25-dən martın 1-dək Gürcüstanın şərab və mineral su istehsal edən müəssisələrini nəzərdən keçirib və Rusiya bazarına məhsulları ixrac etmək istəyən müəssisələrin qeydiyyatdan keçirilməsinə razılıq verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR