Bakı. Nicat Mustafayev – APA-Economics. «AMUL»a brendi altında fəaliyyət göstərən Hindistanın «Gujarat» Süd Satışı Federasiyası Azərbaycanda idxalçı və tərəfdaş axtarır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Federasiya tərəfindən ixrac olunan süd tozu ABŞ, Avstraliya, Bəhreyn, Qətər, Oman, Küveyt, Banqladeş, Madaqaskar, Zanzibar, Tanzaniya, Yəmən və s. ölkələrdə realizə olunur və tanınmış brend sayılır.
İstehsal olunan məhsullar qeyd olunan ölkələrə mütəmadi olaraq ixrac edilir.
Sözügedən Federasiya hazırda Azərbaycanda özünə idxalçı və tərəfdaş axtarır.
Əlaqə telefonu: (+994 12) 564-63-54.