Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistan nümayəndə heyətinin İranın Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Tehran və İrəvan arasında iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma haqqında dörd memorandum imzalanıb.
“APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, sənədləri Təbrizdə İranın Şərqi Azərbaycan əyalətinin və Ermənistanın Sünik vilayətinin məmurları imzalayıb.
Memorandumlara uyğun olaraq adı çəkilən bölgələr heyvandarlıq, veterinar və birgə aqrar-sənaye müəssisələrinin yaradılması sahələrində qarşılıqlı əməkdaşlığı və ikitərəfli münasibətləri dərinləşdirəcəklər. Bundan başqa, İran Ermənistana kombayn və traktorlar ixrac edəcək.