«APA-Economics»in xəbər verdiyi kimi, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir ümid edir ki, bu fikir ayrılığı tezliklə həllini tapacaq və subsidiyalaşdırma davam etdiriləcək və artırılacaq.
Fikir ayrılıqlarının əsas bəndlərinə toxunan nazir ilk növbədə toxumçuluğu qeyd edib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi toxumçuluqda yalnız sertifikatlaşmış toxumların istifadə edilməsinə subsidiyaların ayrılmasını təklif edir. Nazirliyin opponentləri isə bu prosesin bütün toxumlara aid edilməsinin tərəfdarıdır. Lakin İ.Abasovun fikrincə, bu yolla məhsuldarlığın artırılması qeyri-mümkündür.
Bundan əlavə, heyvandarlıq sahəsində də müəyyən fikir ayrılıqları mövcuddur. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi təklif edir ki, süni mayalanma yolu ilə cins mal-qara balaları alan fermerlərə hər balaya görə müəyyən məbləğdə (100 manat və ya bir qədər az) subsidiya verilsin. Ümumilikdə, Nazirlik damazlıq cins mal-qaranın ölkəyə gətirilməsi ilə bərabər onların burada yetişdirilməsinə diqqət yetirir ki, bunun nəticəsində mal-qaranın cins heyvanlarla tam əvəz edilməsi prosesi daha sürətli keçməlidir.
Ümumilikdə, İ.Abasov bildirib ki, razılaşdırmamış məsələlər üzrə işlər gedir və subsidiyalaşdırma ilə bağlı məsələlərdə vahid fikrə gələ biləcəklərinə ümid etdiyini vurğulayıb.