Bank Of Baku

İsmət Abasov: “Azərbaycanda biçin kombaynlarının sayının iki dəfə artırılmasına ehtiyac var”

İsmət Abasov: “Azərbaycanda biçin kombaynlarının sayının iki dəfə artırılmasına ehtiyac var”
# 13 iyun 2013 14:48 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Son illər Azərbaycana çoxlu sayda kənd təsərrüfatı texnikaları və kombaynlar gətirilsə də, fermer və sahibkarların biçin mövsümündə çətinliklərlə üzləşməsi faktları qeydə alınır.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Tərtər rayonunda səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, əsas problem texnika çatışmazlığı ilə deyil, fermerlərin hələ də köhnə texnikalardan istifadə etməsi ilə bağlıdır. Çünki köhnə kombaynlar sahibkarların məhsul itkisi ilə üzləşməsinə səbəb olur: “Son illər ölkəyə Aqrolizinq  Xidməti vasitəsilə 1300 ədəd kombayn alınıb. Amma fermer və sahibkarların biçin mövsümündə üzləşdikləri problemləri tam aradan qaldırmaq üçün Azərbaycanda iki dəfə çox kombaynın olmasına ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR