Bank Of Baku

İsmət Abbasov: “Qorbaçov alkoqolizmlə mübarizə adı altında Azərbaycanda 250 min hektar üzüm sahəsini məhv etdi”

İsmət Abbasov: “Qorbaçov alkoqolizmlə mübarizə adı altında Azərbaycanda 250 min hektar üzüm sahəsini məhv etdi”
# 26 iyul 2013 16:18 (UTC +04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə bu fikri kənd təsərrüfatı naziri İsmət Abbasov Tovuz rayonuna səfəri zamanı müsahibəsində bildirib. Onun sözlərinə görə, Sovetlər dönəmində, 1982-ci ildə respublikada 267 min hektar sahədə üzüm əkilib və illik orta hesabla 2 milyon 100 min ton məhsul tədarük edilib. Nazir hazırda ölkədə üzüm sahələrinin 17 min hektara düşməsinin səbəbini Mixail Qorbaçovun alkoqolizmlə mübarizə adı altında Azərbaycana düşmən mövqeli münasibəti və 1995-1996- cı illərdə ölkədə yaradılan islahat komissiyası və onun səriştəsiz rəhbərinin fəaliyyəti ilə əlaqələndirib.

 

“Bir hektar üzüm sahəsi salmaq 10 min manata başa gəlir. 250 min hektar üzüm sahəsinin məhv edilməsi nəticəsində Azərbaycana nə qədər ziyan dəyib. Əvvəllər 2 milyon 100 min ton məhsul istehsal etdiyimiz halda, hazırda bu rəqəm 150 min tona düşüb”.

 

İsmət Abbasovun sözlərinə görə, ölkə başçısı bu sahənin əhəmiyyətini nəzərə alaraq üzümçülüyün inkişaf etdirilməsi üçün 2011-ci ildə 2012-2020 illəri əhatə edən dövlət proqramını təsdiqləyib və bu sahənin inkişafı üçün kifayət qədər vəsait ayrılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR