Bank Of Baku

Kənd təsərrüfatı naziri bayram yarmarkalarında olub - FOTO

Kənd təsərrüfatı naziri bayram yarmarkalarında olub - <span style="color: red;">FOTO
# 19 mart 2013 12:49 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Bakının müxtəlif yerlərində Novruz bayramı münasibətilə təşkil olunan kənd təsərrüfatı məhsulları satışı üzrə yarmarkalarda olaraq buradakı qiymətlər və məhsulların keyfiyyəti ilə maraqlanıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata əsasən, hələ 3 gün əvvəl, martın 16-da kənd təsərrüfatı məhsullarının Bakı şəhərində keçirilən satış-yarmarkalarında alıcılarla söhbət əsnasında İ.Abasov ticarət qaydalarına əməl etməyən, süni qiymət artımına yol verən iki sahibkarın yarmarkadan kənarlaşdırıldığını qeyd edib və növbəti dəfə mətbuat nümayəndələri və onu müşayiət edən şəxslər olmadan şəxsən yarmarkaları gəzib, ticarətin gedişinə nəzarət edəcəyini deyib.

 

Bu gün yarmarkalarda olan nazir məhsulların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanıb, alıcılarla və satıcılarla onların konkret problemləri barədə söhbət edib. İ.Abasov qeyd edib ki, Nazirlikdən hər bir yarmarkaya bir neçə nəfər təhkim edilir. Yarmarkalarda 4 günə 1 min tona yaxın kənd təsərrüfatı məhsulları satılıb. «Belə bir məhsul axını dövründə Nazirlik tərəfindən hər bir yarmarkaya bir neçə nəfərin tam nəzarət edərək, bəzi hallarda möhtəkirlərin mal satışına imkan verməməsi müəyyən  çətinliklər yaradır», - deyə məlumatda bildirilir.

 

Nazir qiymət artımına yol verilməməsinə, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəuyğun sayaraq alıcılardan bunu  xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR