Bakı. Aynur Əliyeva - APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Qax rayonunda vətəndaşları qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə,
Nazir görüşdən öncə iştirakçılarla birgə bir neçə fermer təsərrüfatına baxış keçirib, “Aqrolizinq” ASC-nin xətti ilə alınmış cins mal-qaranın saxlanma şəraiti ilə tanış olub.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd ediblər və problemlərinin həlli üçün öz təkliflərini nazirə təqdim ediblər.
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumlarının rəhbərləri iştirak ediblər. Ümumilikdə qəbula Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının 52 sakini gəlib. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.