Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Şamaxı rayonunda vətəndaşlarla görüşəcək.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ.Abasov avqust ayının 16-da saat 11.00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı rayonuna gəlməsinin təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Görüşə gəlmək üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq olar: (050) 386-18-14.