Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov Samux rayonunda vətəndaşları qəbul edəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasov sentyabrın 13-də saat 11:00-da Samux rayonunda Samux, Yevlax, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.
Qeyd edək ki, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Samux rayonuna gəlmələrinin təşkili Samux Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Qəbulda iştirak etmək istəyənlər (050) 220-55-60 nömrəsi telefonla və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.