Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda 997 min hektar sahədə əkin işləri aparılıb. Bunun 690 min hektar sahəsini buğda, 306 min hektar sahəni isə arpa təşkil edib». APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.
Nazir müavini bildirib ki, bu istiqamətdə hazırda işlər davam etdirilir və yaz əkinlərinə başlanılıb: «Düşünürəm ki, bu il keçən ilə nisbətən daha bol məhsul olacaq. Proqnozlara əsasən, bu il 2,6 mln. ton buğda əldə etməliyik. Bu, ən aşağı səviyyədir. Gələcək üçün düşünürəm ki, bu rəqəmdə artım olacaq».