Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyində fermerlərə yardım üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib - FOTO

Kənd Təsərrüfatı Nazirliyində fermerlərə yardım üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 06 sentyabr 2013 15:38 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, komissiya 6 satıcı təşkilat, o cümlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” MMC, "Aqrolayn Qrup" MMC, "Sərxan 2" MMC və “Aqro Kompleks Qəbələ” MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın 1.2, 2.3 və 2.8 maddələrinə və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1,  2.3 və 5-ci  maddələrinə uyğun olaraq 8263 nəfər istehsalçıya 73429,51 hektara görə 50 faiz güzəştlə satılmış 14708,79 ton mineral gübrə üçün 3 mln. 343 min  manat  dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR