Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyində Kollegiya iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Kollegiya iclası keçirilib
# 23 fevral 2013 12:43 (UTC +04:00)

 

Bakı – APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Kollegiya iclası keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, iclasda Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət satınalmalarının qanunvericiliyə uyğun təşkil edilməsi vəziyyəti və dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi ilə əlaqədar təkliflər hazırlanması barədə məsələlər geniş müzakirə edilib.

 

Kollegiya iclasında qeyd edilib ki, ölkə prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində nöqsanlara yol verildiyi, bəzi hallarda yardımların ünvanlarına çatmadığı, istehsal sahələrinin faktiki olandan artıq göstərildiyi, xaricdən lazım olan avadanlıqların və digər vasitələrin yüksək qiymətə gətirilməsi və icrası vacib digər məsələlər barədə iradlarını bildirərək bu nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib.

 

Kollegiyada ölkə başçısının irad və təkliflərinin icrasını təmin etmək məqsədilə hazırlanmış Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

 

Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə mallar, işlər və xidmətlərin satınalmaları həyata keçirilərkən şəffaflığın və obyektivliyin təmin edilməsi, satınalma prosedurlarında “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə ciddi riayət edilməsi, məhsul istehsalçılarından, rayon icra hakimiyyətlərindən daxil olan təkliflər əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım və subsidiyaların verilməsi qaydalarının daha da təkmilləşdirilməsi üçün qısa müddətdə nazirliyin təkliflərinin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR