Onun sözlərinə görə, əməkdaşlığın genişləndirilməsi əsasən 4 istiqamət üzrə aparılacaq. Bunlardan birincisi heyvandarlıq, quşçuluq və süd istehsalı ilə bağlıdır: «Biz iri buynuzlu heyvanların Azərbaycana ixracında maraqlıyıq».
Həmçinin, Macarıstan tərəfi ekologiya istiqamətində – qrunt sularının təmizlənməsi, torpağın korroziyadan müdafiəsi və korroziyanın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Azərbaycana yardım göstərməyə hazırdır.
Bununla yanaşı, G.Budaini vurğulayıb ki, Macarıstan taxıl anbarlarının inşası sahəsində böyük təcrübəyə malikdir. Habelə, tərəvəz və bağçılıq sahəsində – Azərbaycanda yeni meyvə və tərəvəz növlərinin adaptasiyası ilə bağlı macarlar təcrübəsi ilə bölüşməyə hazırdırlar.