Bank Of Baku

Nazir: “Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsi 6%-dən çox artacaq”

Nazir: “Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsi 6%-dən çox artacaq”
# 07 may 2013 08:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsinin artım dinamikası 6%-dən çox olacaq.

 

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.


Onun sözlərinə görə, ölkədə havaların yağışlı keçməsi kənd təsərrüfatı sahəsinə müsbət təsir göstərəcək. Belə ki, bu il bu sahədə ümumi məhsuldarlığın ötən ilə nisbətən artacağı gözlənilir: "Keçən il kənd təsərrüfatı sahəsində artım dinamikası 6,2% təşkil edib, bu il də bu göstəricinin 6%-dən çox olacağı gözlənilir".


Nazir onu da qeyd edib ki, havaların yağışlı keçməsi yalnız meyvəçilik sahəsinə bir qədər mənfi, digər sahələrə isə yalnız müsbət təsir göstərəcək: "Düşünürəm ki, may ayında da hava əlverişli keçərsə, ölkədə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında artım olacaq, bu da öz növbəsində qiymətlərin aşağı düşməsinə səbəb olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR