Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması ölkəni taxıl idxalından azad edəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, əgər bundan öncə ölkədə bu il üçün taxıl istehsalı 2,8 mln. ton səviyyəsində proqnozlaşdırılırdısa, hazırda Azərbaycanda taxıl istehsalının ən azı 2,8 mln. ton olacağı proqnozlaşdırılır: "Buna baxmayaraq, ölkənin taxıl idxalından hələ də asılılığı olacaq. Lakin Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması gələcəkdə ölkəni bütün növ əsas kənd təsərrüfatı məhsullarının idxalından asılılığını aradan qaldıracaq".