Bank Of Baku

Nazir: «Azərbaycanda fermer kooperativlərinin yaradılması kənd təsərrüfatı istehsalını artıracaq və maya dəyərini azaldacaq»

Nazir: «Azərbaycanda fermer kooperativlərinin yaradılması kənd təsərrüfatı istehsalını artıracaq və maya dəyərini azaldacaq»
# 22 dekabr 2012 10:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yaradılan fermer kooperativləri ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məhsullarının həcmini artıracaq, onların maya dəyəri isə aşağı düşəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.


Onun sözlərinə görə, artıq Azərbaycan fermerləri birgə işin üstünlüklərini başa düşürlər və buna görə də ölkədə kənd təsərrüfatı kooperasiyası prosesi başlayıb: «Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı dövlət başçısının sərəncamına uyğun olaraq artıq Ağcabədi və Beyləqan rayonlarında ilk fermer təsərrüfatları yaradılıb».


Nazir qeyd edib ki, kooperasiyaların yaradılması nəticəsində gələcəkdə ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi artacaq, onların maya dəyəri aşağı düşəcək, eyni zamanda, ölkənin kənd təsərrüfatı məhsullarının ixrac potensialı yüksələcək.

 

Nazir onu da bildirib ki, yaradılan fermer kooperativləri ölkənin kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı kadrlara tələbatı artıracaq və onların üzə çıxmasına imkanlar yaradacaq.


İ.Abasov həmçinin əlavə edib ki, «Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib və onun gələn ilin yaz sessiyasında qəbulu gözlənilir.

 

Qeyd edək ki, bu qanunun hazırlanması kooperasiyaların yaradılması prosesini tənzimləməyə və həvəsləndirici mexanizmlərin tətbiqinə imkan verəcək. Kooperasiya haqqında qanunda fermerlərin birləşməyə həvəsləndirilməsi mexanizmləri də nəzərdə tutulub. Belə ki, kooperasiyaya daxil olan fermerlərə gübrələr də başqa qiymətə veriləcək, texniki qulluq da başqa istiqamətdə olacaq, güzəştli kreditlərin verilməsi də nəzərdə tutulub. Qanun layihəsinə görə, kooperasiyaya daxil olan fermerlərin sayı azı 5 nəfər olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR