«APA-Ecnomics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə, Şimal və Aran rayonlarında leysan yağışlar nəticəsində kənd təsərrüfatının müəyyən sahələrinə ziyan dəyib.
Nazir vurğulayıb ki, bunun əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin komissiyaları yerlərdə işlər həyata keçirir: «Bu gün hələlik bu sektora dəyən ziyanla bağlı konkret rəqəm demək düzgün olmazdır. Amma düşünürəm ki, fermerlərimiz, eləcə də bu işlə məşğul olan bütün insanlar ruhdan düşməməlidir. İstehsal olunan məhsulu vaxtında itkisiz yığmaq üçün lazımi tədbirlər həyata keçiriləcək».
Fermerlərə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi məsələsinə gəldikdə isə, İ.Abasov vurğulayıb ki, dövlət tərəfindən fermerlərə kompensasiyanın verilməsi nəzərdə tutulmayıb. Nazir hesab edir ki, dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Əgər fermerlər sığortalanıbsa, onlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilə bilər.