Bank Of Baku

Nazir İsmət Abasov: «Azərbaycanda havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına müsbət və mənfi təsiri var»

Nazir İsmət Abasov: «Azərbaycanda havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına müsbət və mənfi təsiri var»
# 25 aprel 2013 10:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda son vaxtlar, xüsusən də aprel ayında havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bəyan edib.

 

Nazir vurğulayıb ki, əsas sahələrdən biri olan taxılçılıq sahəsinə yağan güclü yağışlar ümumiyyətlə müsbət təsir göstərib. Mənfi təsir isə meyvəçilik sahəsində müşahidə olunub.

 

İ.Abasov bəyan edib ki, müvafiq hesablamalar aparılmasa da, ümumilikdə, bu mənfi təsir də kiçik olub və gələcəkdə havalar müəyyən dərəcədə əlverişli olacağı təqdirdə, məhsuldarlığa heç bir ziyan olmayacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR