Bank Of Baku

Qərib Məmmədov: “Azərbaycanda əkinə yararlı torpaqların 30%-i müxtəlif dərəcədə şoranlaşmış sahələrdir”

Qərib Məmmədov: “Azərbaycanda əkinə yararlı torpaqların 30%-i müxtəlif dərəcədə şoranlaşmış sahələrdir”
# 06 may 2013 09:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA-Economics. Azərbaycanda kənd-təsərrüfatı bitkiləri əkilən yerlərdə təxminən 30%-ə qədər müxtəlif dərəcədə şoranlaşmış sahələr var. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qərib Məmmədov deyib.

 

Komitə sədri bildirib ki, əsasən kənd təsərrüfatı məhsullarının yerləşdiyi Kür-Araz ovalığında mənfi relyef formaları mövcuddur: “Əgər orada meliorasiya-irriqasiya sistemi aparılmasa, ikinci şoranlaşma gedir. Qrunt sularının səviyyəsi qalxır və nəticədə bitkinin kökü o şoranlaşmış təbəqəyə çatanda məhv olur. Azərbaycanın kənd-təsərrüfatı bitkiləri əkilən ərazilərində təxminən 30%-ə qədər müxtəlif - zəif, orta və şiddətli dərəcədə şoranlaşmış sahələr var. Bu istiqamətdə də müvafiq qurumlar qrunt suyunun səviyyəsinin aşağı salınmasında və yüksək məhsulun əldə edilməsi istiqamətində uğurlu iş görür. Ümumiyyətlə, meliorasiya çox bahalı layihədir. Azərbaycanda isə torpaqlar özəlləşib. 3, 5 və ya 20 hektar sahəsi olan fermer bu işin öhdəsindən gələ bilməz. Təbii ki, bu iş dövlət nəzarətindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR