Bank Of Baku

Rayonlarda gözlənilən şimşəklə müşayiət olunacaq yağışlar meyvə-tərəvəzin, üzümün yığımını və aqrotexniki işləri çətinləşdirəcək

Rayonlarda gözlənilən şimşəklə müşayiət olunacaq yağışlar meyvə-tərəvəzin, üzümün yığımını və aqrotexniki işləri çətinləşdirəcək
# 20 sentyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 21-nə olan aqrometeoroloji məlumatları açıqlayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, axşamdan rayonlarda qeyri-sabit və yağışlı hava səraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması üçün kifayət qədər olacaq, lakin Mərkəzi-Aran rayonlarda yağışlı hava şəraiti pambıq bitkilərində qozaların açılması və pambığın yetişməsini, yığımını və açıq havada qurudulmasını çətinləşdirəcək. Əksər rayonlarda şimşəklə müşayiət olunacaq yağışlar bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsini çətinləşdirəcək, lakin bununla yanaşı, torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına səbəb olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR