Bank Of Baku

Səfir Roland Kobia: «Azərbaycan iqtisadiyyatının inkişafı kənd təsərrüfatının müasirləşməsindən keçir»

Səfir Roland Kobia: «Azərbaycan iqtisadiyyatının inkişafı kənd təsərrüfatının müasirləşməsindən keçir»
# 06 mart 2013 10:55 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan 6 600 adda kənd təsərrüfatı məhsulunu Avropaya ixrac edə bilər. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia «Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək» adlı Tvinninq Layihəsinin bağlanma mərasimindəki çıxışında deyib: «Ən əsası, bu məhsulların Avropa Birliyinin bazarına daxil olması prosesi maneəsiz, heç bir çətinliksiz həyata keçirilməsi mümkündür».

 

R.Kobia bildirib ki, son illər ərzində Azərbaycanın dinamik inkişafının şahidi olmaqla yanaşı, iqtisadiyyatın neft sektorundan asılılığını da müşahidə olunur: «Doğrudur, bu gün Azərbaycan iqtisadiyyatı əsasən neft sektorunun təsiri hesabına inkişaf edib. Lakin artıq digər sektorların da inkişafı hiss olunur. Burada rəqəmləri sadalamaq niyyətində deyiləm. Amma Azərbaycanın neft sektorundan asılılıqdan çıxmaq üçün göstərdiyi səylər nəticəsini verir».

 

O qeyd edib ki, artıq turizm və İKT sahələrində müəyyən irəliləyişlər mövcuddur. Səfir inkişafın kənd təsərrüfatı sektorunda da mümkünlüyü haqqında danışıb. Onun sözlərinə görə, kənd təsərrüfatının inkişaf potensialı artır: «Hökumət bu imkanları daha çox dəyərləndirməlidir. Azərbaycanın müasirləşməsi kənd təsərrüfatının müasirləşməsindən keçir. Bunu prezident İlham Əliyev də deyib. Çünki digər sahələrin inkişafına kənd təsərrüfatının töhfəsi danılmazdır. Bununla da paytaxtdan asılı olmayan regional iqtisadiyyat formalaşa bilər. Bu həm də ölkədə varlıların sayının artmasına səbəb olacaq».

 

R.Kobia AB-nin kənd təsərrüfatı sahəsində Azərbaycana dəstək göstərməyə hazır olduğunu da söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR