Bank Of Baku

Xüsusi təyinatlı qida məhsullarına dair tələblər müəyyənləşir

Xüsusi təyinatlı qida məhsullarına dair tələblər müəyyənləşir
# 28 fevral 2022 11:11 (UTC +04:00)

Xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair tələblər müəyyənləşir.

APA-nı xəbərinə görə, bu, Milli Məclisə daxil olan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:

- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;

- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;

- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.

Xüsusi təyinatlı qida məhsulları aşağıdakı tələblərə uyğun istehsal edilməlidir:

- müvafiq istehlakçı qruplarının fizioloji tələbatlarını təmin etmək;

- tərkibinə yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən vitaminləri, mineralları və amin turşularını onların yol verilən hədləri çərçivəsində qatmaq.

Xüsusi təyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Qida subyektləri bioloji aktiv qida maddələrinin emalı zamanı yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilərlər. Bioloji aktiv qida maddələrinin emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Bioloji aktiv qida maddələrinin emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR