Suriya və İraqda 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib

Suriya və İraqda 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib
# 29 yanvar 2018 08:20 (UTC +04:00)

Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S. Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR