Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib

Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib
# 05 dekabr 2016 17:25 (UTC +04:00)

Bakıda Yaponiya imperatorunun ad günü münasibətilə ziyafət təşkil edilib

APA-nın xəbərinə mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək bildirib ki, dekabrın 23-də imperator Akihitonun 83 yaşı olur. Bu gün Yaponiyada milli gün kimi qeyd olunur.

Səfir qeyd edib ki, 1992-ci ildən diplomatik münasibətlər qurulduğu zamandan etibarən Yaponiya və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf etməkdədir: "Azərbaycan zəngin təbii ehtiyatlara malik olub, Qafqaz regionu üzrə iqtisadiyyatın aparıcı qüvvəsini təşkil etməklə, beynəlxalq enerji təhlükəsizliyi baxımından da vacib ölkədir. Yaponiya Azərbaycanla dostluq münasibətlərinə böyük önəm verir. Yapon şirkətləri Azərbaycanla əlaqələri genişləndirmək və möhkəmləndirməkdə maraqlıdırlar".

Təhsil naziri Mikayıl Cabbarov çıxışında bayram münasibətilə Yaponiyanı təbrik edərək bildirib ki, iki ölkə arasında münasibətlər çox sahəni əhatə edir. O, Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR