AzMİU-da 100-cü sərgi açılıb

AzMİU-da 100-cü sərgi açılıb
# 13 aprel 2017 14:20 (UTC +04:00)

Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Az.MİU) sərgi salonunda memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb.

Az.MİU-dan APA-ya bildirilib ki, memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova sərgini açıq elan edib. X. İbadullayeva sərgidə iştirak edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

AzMİU-nun rektoru X. İbadullayevaya yaradıcılığında və təhsilində uğurlar arzu edib.

X. İbadullayevanın pastel, yağlı boya, karandaş, qələmlə çəkdiyi rəsmlərdən ibarət əl işləri nümayiş olunub. Sərgidə əsasən, natürmort, şəhər mənzərəsi janrında çəkilmiş rəngbərəng, müxtəlif güllər, Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər, şüşə üzərində gül, binalar, insan təsvirləri yer alan vitraj rəsmləri yer alıb. Eyni zamanda buta elementlərindən istifadə etməklə insan siluetləri təsvirləri də sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Bu, universitetin Sərgi salonunda nümayiş olunan 100-cü sərgidir.

Xatırladaq ki, sərgi aprelin 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR