FHN: Bakıda hündürmərtəbəli binada baş vermiş yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB

FHN: Bakıda hündürmərtəbəli binada baş vermiş yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB
# 04 yanvar 2020 03:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, yanğın barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Əlavə məlumat veriləcək.

***

Saat 01:25

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzillərin birində müydana gəlib.

Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR