Rusiya aviasiyası Ermənistanda şərti düşmənin hərbi aerodromunu məhv edib

Rusiya aviasiyası Ermənistanda şərti düşmənin hərbi aerodromunu məhv edib
# 12 fevral 2018 04:39 (UTC +04:00)

Rusiyanın Ermənistandakı "Erebuni" aviabazasının MİQ-29 qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimlər zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rysiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.

Təlimlər gündüz və gecə saatlarında keçirilib.

"Dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərin ekipajları şərti düşmənin aviasiya texnikasına, aerodromun infrastruktur obyektlərinə zərbələr endirib, uçuş-eniş zolağını sıradan çıxarıb", - deyə Vadim Astafyev bildirib.


Məlumata görə, təlimlər zamanı ekipajlar 20-dən çox təyyarə və helikopter uçuşlarını həyata keçirərək, döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR