Əhməd Əhmədzadə: “Azərbaycanın azı 50 il su problemi olmayacaq”

Əhməd Əhmədzadə: “Azərbaycanın azı 50 il su problemi olmayacaq”
# 24 dekabr 2014 09:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

Ə. Əhmədzadə bildirib ki, Azərbaycan içməli su sahəsində gələcəkdə problem olmaması üçün qabaqlayıcı addımlar atıb, Samur-Abşeron suvarma kanalının yenidən qurulması layihəsi həyata keçirilib, Taxtakörpü su anbarı tikilib: “Biz prosesi qabaqlamışıq. Məsələn, bu il quraq il idi, Samur çayında demək olar ki, su yox idi, amma Bakı və Sumqayıt şəhərləri içməli su problemini hiss etmədi. Çünki Taxtakörpü su anbarında yığılan sudan 250 milyon kubmetrə qədər su verdik. Azərbaycanın ən azı 50 il su sahəsində problemi olmayacaq”.

Qeyd edək ki, Samur çayının suyu Bakı və Sumqayıt şəhərlərinin su təchizatında mühüm rol oynayan Ceyranbatan su anbarının doldurulması və Samur-Abşeron kanalı ilə Azərbaycanın bir sıra rayonlarının əkin torpaqlarının suvarılmasında əsas mənbə rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR