Latviyanın «Brivais Vilnis» şirkəti Azərbaycanın balıq emalı sənayesinə maraq göstərir

Latviyanın «Brivais Vilnis» şirkəti Azərbaycanın balıq emalı sənayesinə maraq göstərir
# 08 avqust 2012 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Latviyanın «Brivais Vilnis» şirkəti Azərbaycanın balıq emalı sənayesində fəaliyyət göstərən yerli şirkətlərlə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Brivais Vilnis» şirkəti Baltik regionunda balıq məhsullarının emalı üzrə ixtisaslaşmış ən iri şirkətlərdən biridir. Şirkət öz məhsullarını dünyanın 35-dən artıq ölkəsinə ixrac edir və keyfiyyət baxımından iqtisadiyyatın bu sektorunda liderlərdən biridir. «Brivais Vilnis» Baltik və MDB məkanında eksklüziv balıq konservləri istehsal edən yeganə şirkətdir. «Brivais Vilnis» Azərbaycanın balıq emalı sənayesində fəaliyyət göstərən yerli şirkətlərə balıq məhsullarının istehsalı və satışı ilə bağlı məsləhət xidmətləri göstərməyə hazırdır.
Əlaqə telefonu: (+371) 6 4000210.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR