Səməd Seyidov: “AŞPA sədri ilə görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti haqda fikir mübadiləsi apardıq”

Səməd Seyidov: “AŞPA sədri ilə görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti haqda fikir mübadiləsi apardıq”
# 27 iyun 2012 15:36 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “AŞPA sədri ilə görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıq”. APA-nın Strasburq müxbirinin məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Xatırladaq ki, iyunun 26-da AŞPA sədri Jan-Klod Minyon ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib. Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri ilə də ayrı-ayrılıqda görüşən Jan-Klod Minyon, bu görüşlərdə Dağlıq Qarabağ üzrə alt komitənin gələcək fəaliyyətini də müzakirə edib. S. Seyidov bildirib ki, hər iki ölkə nümayəndələri arasında bundan sonra da təmasların vacib olduğu vurğulanıb, amma bununla belə, alt komitənin gələcək fəaliyyəti ilə bağlı hər hansı yeni qərar qəbul edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR