Azərbaycan və Qırğızıstan birgə biznes-forumlar keçirməyi planlaşdırır

Azərbaycan və Qırğızıstan birgə biznes-forumlar keçirməyi planlaşdırır
# 01 fevral 2014 13:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanla Qırğızıstan arasında işgüzar əlaqələr və etibarlı münasibətlər qurulub. Hər iki ölkə bu il də münasibətləri inkişaf etdirmək fikrindədir. APA-nın məlumatında görə, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov deyib.

A.Buranov qeyd edib ki, Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir: «2012-ci ilin martında Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri baş tutub. 2013-cü ilin avqustunda da Qırğızıstan prezidenti Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Azərbaycanda səfər olub. Bizim münasibətlərimiz yüksək səviyyədədir. Bundan əlavə, iqtisadi və elmi-texniki əməkdaşlıq sahəsində Dövlətlərarası Komissiyasının iclasının keçirilməsi gözlənilir. Biz həm də Qırğızıstanda və Azərbaycanda müxtəlif biznes-forumların keçirilməsini planlaşdırırıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR