Amerikalı konqresmen Güney Azərbaycandan olan bir qrup mühacirlə görüşüb - FOTO

Amerikalı konqresmen Güney Azərbaycandan olan bir qrup mühacirlə görüşüb - <span style="color: red;">FOTO
# 24 may 2013 07:11 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsulu Babək Çələbiyanlı məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan türklərinə verdiyi dəstəkdən dolayı, eyni zamanda ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların öz müqəddəratını təyin etməsi üçün referendum keçirilməsi məsələsini qaldırdığı üçün kaliforniyalı konqresmenə təşəkkür edilib: “Bundan əlavə, D.Rohrabakerdən İranda hüquqları pozulan azərbaycanlıların haqlarının müdafiəsi uğrunda bu cür fəaliyyətlərini artırması istənildi. Amerikalı konqresmen isə İranda yaşayan azərbaycanlıların vəziyyətini onların öz dillərindən eşitməkdən məmnun qaldığını və Güney Azərbaycan məsələsini ABŞ Konqresində yenidən qaldıracağını söylədi. D.Rohrabaker həmçinin İranda yaşayan azərbaycanlıların vəziyyəti haqda daha dəqiq məlumat almaq və toplamaq üçün bizdən davamlı şəkildə onunla əlaqədə olmağımızı istədi”.

B.Çələbiyanlı deyib ki, amerikalı konqresmen görüşdə İranda yaşayan azərbaycanlıların öz müqəddəratını təyin etmək hüququnun olduğunu söyləyib: “D.Rohrabaker vurğuladı ki, Güney Azərbaycanda demokratiya və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi üçün birgə çalışmaq lazımdır və fikrini “Güney Azərbaycana azadlıq, hər kəsə azadlıq!” şüarı ilə tamamladı”.

Qeyd edək ki, bir müddət əvvəl D.Rohrabaker ABŞ-ın sabiq dövlət katibi Hillari Klintona məktub yazaraq Azərbaycanın 1828-ci ildə Rusiya və İran imperiyaları arasında bölüşdürüldüyünü bildirib və İranda yaşayan azərbaycanlıların öz gələcəklərini referendum yolu ilə həll etməsinə dəstək verməyə çağırıb. Daha sonra isə amerikalı konqresmen məsələ ilə bağlı ABŞ Nümayəndələr Palatasına qətnamə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR