Bakıda 60 yaşlı qadın itkin düşüb.
APA-nın məlumatına görə, paytaxtın Xətai rayon sakini İntizam Quliyev Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan anası, 1959-cu il təvəllüdlü Şərafət Quliyeva dünən səhər saatlarında yaşadıqları evdən çıxıb gedib və geri qayıtmayıb.
Faktla bağlı polis bölməsində araşdırma aparılır.